16 iyun 2022

Minitox qəlyan müştüyü

1. Minitox Filterinin Əhəmiyyəti.

Minitox filteri, mexaniki, fiziki və kimyəvi təsirlərlərə malikdir. Tütünün yanması zamanı ayrılan zəhərli və toksiki maddələri minimuma endirir. Tütünə hopdurulmuş aromatik maddələri yan təsirli xoşagəlməz qoxu və dad hisslərindən ayırır.

2. Mexaniki təsirləri.

Qəlyan istifadəsi zamanı tüstü məcburi şəkildə suyun içindən keçir. Suyun içində ayrılan xırda tütün qırıntılarını və s. müştük vasitəsi ilə ağız boşluğuna düşür. Minitox ilə isə, tüstü və xırda tütün qırıntıları filterin içindən keçərək sorbentlərdən süzülür.

3. Fiziki təsirləri

Filterin içərisində yerləşdirilmiş sorbentlər 40% nəmi udur. Antitoksik xüsusiyyətləri olan filter, bəzi nəmə dayanıqlı toksiki maddələri də udaraq sorbentin rəngini dəyişir.

4. Kimyəvi təsirləri

Filterin içərisində yerləşdirilmiş aktiv karbon, nəmdən ayrılmış olan toksiki maddələri, bakteriaları, göbələkləri, bağırsaq çöplərini, izotopları, ağır metal və konsergen maddələrinin udulması üçün xüsusi əhəmiyyətə malikdir.

5. Xüsusi ilə qeyd etmək lazımdır ki, insan orqanizmi üçün əsas təhlükə mənbəyi sayılan yanmış kömürdən ayrılan CO qazını özündə cəmləşdirir. Bu da qəlyan istifadəsindən sonra kəskin baş ağrılarının  olmaması ilə müşahidə olunur

6. Müştükdə yerləşdirilmiş pərvanənin ( FAN ) rolu

Qəlyan tüstüsü məcburan sudan keçdiyinə görə, isti buxar halında olan maye hissəcikləri ilə zəngin olur. Pərvanə, qəlyan çəkilərkən sürətlə fırlanaraq tüstüyə qarışmış isti buxarı-tüstüdən ayırır.

7. Qəlyan istifadəsi zamanı öskürək, boğazda yanma hissi, qıcıqlanma kimi hallar sonradan yaranan kəskin baş ağrıları, məhz tüstünün isti buxar halında aerozol şəklində udulması ilə əlaqədardır.

8. FDI və EC standartlarına tam cavab verir.

Filterin tərkibində olan elementlər, FDI və EC standartlarına tam cavab verir.

“Minitox qəlyan müştüyü” marka olaraq dünyanın 57 ölkəsində rəsmi qeydiyyatdan keçirilmişdir. Patent olaraq, Azərbaycan, Avrasiya ölkələri ( 13 ölkə ), Amerika, Avropa və Türkiyədə qüvvədədir.