Qəlyan tütünlərinin növləri və xüsusiyyətləri

21 dekabr 2021
Qəlyan tütünlərinin növləri və xüsusiyyətləri

Qəlyan tütünlərinin istehsalında ən çox istifadə olunan tütün növləri:

1) Virginia
2) Burley
3) Oriental
4) Kentuky

Yüngül çəkimli qəlyan tütünlərinin istehsalında Virginia, ağır çəkimdə isə Burley tütün növündən istifadə olunur. Bəzi məşhur şirkətlər digər tütün növlərindən də istifadə edir. Hətda son zamanlar daha da ağır çəkimli qəlyan tütünlərinin istehsalında siqarların hazırlanmasında istifadə edilən tütün yarpaqlarından da istifadə olunur.

Yüngül çəkimdə nəzərdə tutulan tütünlərin yarpaqlarında nikotin demək olar ki, yox dərəcəsindədir ( 0,5%-ə qədər ) və çəkim zamanı tamamilə nikotin hiss olunmur. Yarpaqlar böyük ölçüdə (12-16mm) olduğundan tez yanmaması üçün çəkimdən öncə orta ölçüdə doğranması tövsiyyə olunur.

Ağır çəkimdə nəzərdə tutulan tütünlərin ağırlığı isə tütün yarpaqlarındakı nikotinin səviyyəsi ilə müəyyən edilir. Nikotin nə qədər çox olarsa, tütün bir o qədər ağır çəkilir. Təəsüf ki, bəzi qəlyan tütünü istehsal edən şirkətlər kimyəvi yolla alınmış maye nikotindən də istifadə edir və bu qəlyan çəkimi zamanı ağırlığın boğaza vurmasından asanlıqla anlamaq olar.

Bütün qəlyan tütünləri dadına ( aromasına ) görə deyil, xüsusiyyətlərinə görə ( nikotinli və nikotinsiz, dumanlılığı, istiliyyə davamlılığı və istilik sevərliyi, yarpaq ölçüsü, dada ( aromaya ) doyumluluğu və s. ) fərqlənir.

Dumanlılıq qəlyan tütünündə ən mühüm xüsusiyyətlərindən biridir. Bir çox qəlyan sevənlər qeyd edirlər ki, çox dumanlı qəlyan çəkmək, psixoloji cəhətdən daha xoşdur.

Qəlyan tütünlərinin istiliyə davamlılığını, kömürdən gələn istiyə nə qədər dözümlü olduğunu bilmək mütləqdir. Yəni, tütünün xasiyyətini bilmək vacibdir. Ona görə də qəlyan çəkməzdən öncə neçə ədəd kömür qoyulacağını, çəkim sürəsində kömürün nə vaxt dəyişdiriləcəyini, bir sözlə tempuratura nəzarət çox vacibdir. Tövsiyyə olunur ki, qəlyan tütünlərində neçə ədəd kömürdən istifadə ediləcəyinə və düzgün saxsı seçiminə diqqət yetirilsin. İstiliyyə davamlılıq yarpaqların ölçüsündən və nəmliyindən aslı olduğu halda, bu istehsalçının ən həssas diqqət etdiyi istehsal prosesidir. Qarışıqda nə qədər çox dad (aroma) varsa, dadı (aromanı) bir o qədər zəngin edir. Bununla belə, dadın (aromanın) həddindən artıq olması tütünün miqdarına təsir göstərir. Tütünündə miqdarı az olduqda çəkim sürəsi azalır. Siqaret çəkəndə tütünün təbii xoşagəlməz dadı üzə çıxır və əslində də qəlyanı bunun üçün çəkirik. Zövqünüzə görə, qəlyan tütünləri istehsal edən şirkətlərin məhsullarını qarışıqlarda ( mikslərdə ) və tək ( mono ) dadlarda çəkəsiniz. Şərt deyil ki, daima bir şirkətin məhsulundan istifadə edəsiniz.

Hətta eyni dadı bir çox şirkətlərin məhsullarında da sınamağınızı tövsiyyə edirik.

Demək olar ki, son illər bu sahədə rəqabət gücləndiyindən, premium qəlyan tütün şirkətləri təbii ( natural ) dadlardan ( aromalardan ) istifadə etməklə digərlərindən fərqlənir. Biz smoke.az olaraq müştərilərimizə qəlyan tütünlərinin xüsusiyyətlərinə görə seçim etməkdə yardımcı oluruq, tövsiyyələrimizi veririk. Əlbəttə ki, biz bazarda olan bütün qəlyan tütünləri istehsal edən şirkətlərin məhsullarının satışını təşkil etmirik. Bizim üçün keyfiyyət önəmlidir və işimizin başlıca prinsiplərindən biridə müştəri məmnuniyyətidir. Biz daima dünya qəlyan tütün bazarını mütəmadi diqqətlə araşdırırıq, istehsalçılarla sıx əlaqədəyik, istehsal proseslərindən xəbərdarıq və ən keyfiyyətli məhsulları dəfələrlə bütün çeşidlərini yoxlayıb, büdcənizə uyğun seçib Sizlərə sunuruq. Sizin fikirləriniz bizim işimizin inkişafına və Azərbaycan qəlyan mədəniyyətinin formalaşmasına böyük dəstəkdir.