Qəlyan necə kəşf olundu ? Qəlyanın tarixi

7 oktyabr 2021
Qəlyan necə kəşf olundu ? Qəlyanın tarixi

Qəlyan Orta Şərq və Cənubi Asiyaya xas olan qədim tütün çəkmə ənənəsidir. Dəqiq tarixi bəlli olmasa da, şərq mədəniyyəti olduğunu nəzərə alaraq, vətəni Hindistan hesab olunur. Ən böyük fərziyyələrdən biri ( farsca “hind qozu” mənasını verən “nargil” ) hind qozunun içərisini çıxararaq, qabığına qamış taxılıb istifadə edilirmiş.

Hind qozu ilk başda balqabaqla, sonradan isə şüşə, çini, büllur, farfor və hətda gümüşlə əvəz olunub və daha da təkmilləşməyə doğru gəlib çıxmışdır. Daha sonra saf tütünə müxtəlif aromalar vurularaq, bütün dünyaya qəlyan mədəniyyəti olaraq yayılmışdır.

Hindistanda yaranan mədəniyyət, zamanla farslara, onlardan isə ərəblərə və osmanlılara keçmişdir.

İstifadəsinə görə də Şərq və qərb mədəniyyəti fərqli olub. Şərqdə əsasən tək istifadəlik olubsa, qərbdə tam əksi olaraq bir neçə insanın istifadəsində olub.

Müəllif: Samir Yusifov